ADNSU beynəlxalq əməkdaşlığını genişləndirir

ADNSU beynəlxalq əməkdaşlığını genişləndirir

Sentyabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində universitetin rektoru, professor Mustafa Babanlı Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyasının (Rosatom) “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribovla görüş keçirib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə tədbirin əhəmiyyəti qeyd edilib, bu cür konfransların gələcəkdə də keçirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə müəssisələr arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına dair razılıq əldə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə