Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Milli Araşdırmalar Mərkəzi və Paris-Sorbon Universitetinin tədqiqatçısı, həmçinin Aleksand Koyre Mərkəzinə bağlı araşdırmaçı (CNRS-EHESS) Dr. Pyer Munye Kün tərəfindən “Sivilizasiya tarixində rəqəmsal texnologiyalar” mövzusunda seminar keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, tədbirdə Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş katibi Şarlotta Payen, mətbuat katibi Nəzrin Mirzəyeva, UFAZ, eləcə də digər universitetlərin professor-müəllim heyəti və tələbələr iştirak edib.
İnformasiya Texnologiyalarının yaranma tarixi və elmin inkişafında önəmindən bəhs edən Dr. Pyer Munye Kün bu sahədə qadınların rolundan da bəhs edib. Belə ki, 60-70-ci illərdə qadınlar üçün kompüter elmində “Qızıl dövr” olduğunu vurğulayan doktor Kün bu fəallığın illər ərzində tədricən azaldığını bildirib.
Sonda Dr. Pyer Munye Kün tələbələri və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB