Magistrlər üçün Almaniyada qış məktəbi təşkil olunacaq

Magistrlər üçün Almaniyada qış məktəbi təşkil olunacaq

Oktyabrın 1-dən 5-dək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Siegen Universitetinin magistrlərinin birgə iştirakı ilə Almaniyada qış məktəbi təşkil olunacaq.

UNEC-dən bildirilib ki, mühazirələr İqtisad Universiteti ilə Almaniyanın Siegen Universitetinin “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” birgə layihəsi çərçivəsində keçirilir. Mühazirələr UNEC və Siegen Universitetinin professorları tərəfindən aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə