Sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva bu qurumun inkişaf mərhələlərindən, təhsil sahəsində həyata keçirilən layihələrdən, qazanılan uğurlardan danışıb. S.Vəliyeva 11 illik təhsil fəaliyyəti ilə məşğul olan şirkətin Kaspi Abituriyent kursları, Kaspi Liseyləri və digər xidmətlərinin nəticələri haqqında jurnalistlərə ətraflı məlumat verdi. Bildirdi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanında Kaspi məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olmuşdurlar: “Ümumilikdə isə Kaspi Abituriyent kurslarının yekun qəbul nəticəsi 96% təşkil etmişdir. 26 abituriyent 600-dən yuxarı, 72 abituriyent 500-dən yuxarı, 112 abituriyent 400-dən yuxarı, 158 abituriyent isə 300-dən yuxarı bal toplamışdır. Əldə olunan yüksək nəticələrin əsas səbəblərindən biri, bilik səviyyəsinə uyğun Dərərcə Qruplarının təşkil olunması və davamlı Təkrar Proqramının tətbiq olunmasıdırsa, digəri də şagird-müəllim-valideyn əməkdaşlığının qurulmasıdır”. “Kaspi” Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov tərəfindən Abituriyent hazırlığında builki nəticələr, qazanılmış uğurun səbəbləri, yeniliklər və növbəti il üçün qarşıda duran vəzifələr haqqında ictimaiyyətə geniş məlumat verdi. Tədbirdə həmçinin, yüksək bal toplayaraq “tələbə” adını qazanmış abituriyentlər və onların valideynləri çıxış etmiş, öz sevinclərini tədbir iştirakçıları ilə bölüşmüşdürlər. Sonda yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti adından hədiyyələr təqdim olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB