Rusiyalı mütəxəssislər azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçir
Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın 4 nəfərdən ibarət tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir.
SİA-nın xəbərinə görə, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib.
6 - 25 dekabr tarixlərində təşkil olunacaq kurslar Respublika Perinatal Mərkəzin bazasında həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB