Magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
2010-cu il dekabrın 6-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər.
Seminar iştirakçıları test tapşırıqlarının yazılması və ekspertizası haqqında bundan əvvəlki iclasda keçirilmiş təqdimat ətrafında fikir mübadiləsi aparıblar.
Seminar iştirakçıları tərəfindən yazılmış test tapşırıqlarının nümunələri elmi-metodiki baxımdan təhlil olunub. Xarici dillər üzrə test bankının bir sıra bölmələrini yeni test tapşırığı nümunələri ilə zənginləşdirmək qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB