Azərbaycan İnternet Forumu tərəfindən 4 dekabr 2010-cu il tarixində Milli İnternet Mükafatlarının –"Milli Net 2010" təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Milli Net- Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müsabiqəyə "Video mühazirə" adlı tqdk.gov.az /az/ videolessons elektron xidmət sistemini təqdim etmiş, müsabiqə nəticəsində "Ən yaxşı elektron xidmət" nominasiyasında üçüncü yerə layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB