“Məktəb rəhbərləri şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb etməkdə tamamilə haqlıdırlar”
"Bizdə də Valideyn-müəllim Assosiasiyaları var. Həmin qurumların çoxsaylı iclaslarında dəfələrlə müzakirə edilən məsələlərdən biri də şagirdlərin dərsə gələrkən geyindiyi məktəbli forması ilə bağlı olub". SİA-nın xəbərinə görə, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə Rzaquliyevanın hicabla bağlı məsələyə münasibət bildirərkən səsləndirib.
Nailə Rzaquliyeva qeyd edib ki, ölkədə bazar iqtisadiyyatı dönməz xarakter aldıqca, sahibkarlıq subyektləri çoxaldıqca, xüsusən, özəl bölmənin inkişafına dövlət dəstəyi artdıqca imkanlı adamların sayı çoxalır: "Ancaq hamı eyni səviyyədə imkanlı deyil. Həmin imkan fərqi məktəblilərin geyimində özünü göstərir və hansısa şagirddə daxilən, psixoloji cəhətdən küskünlük, ruhdan düşmə prosesi başlayır".
"Valideynlər təklif edirlər ki, gələcəyimiz olan uşaqları həmin mənfi təzahürlərdən prosesindən qorumaq üçün şagirdlərin hamısı məktəbə eyni formada gəlsin. Təhsil qurumları da bu təklifi bəyənir və rəsmiləşdirir. Biz sinifdəki 13-14 qızdan məktəbə eyni formada gəlməsini tələb etdiyimiz halda, sinifdə müxtəlif dəbli geyimdə olan qız görünür. Yaxud qeyri-ənənvi geyimdə olan oğlan uşaqları. Məktəb rəhbərləri həmin şagirdlərin dərsə məktəbli formasında gəlməsini tələb etməkdə tamamilə haqlıdırlar. Çünki qəbul edilmiş qərar, qayda, qanun hamı üçündür. Ona görə də biz məktəbli formasının hamı üçün vacib olmasını bildiririk və onu təmin edirik", Nailə Rzaquliyeva deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB