2010-cu ilin sonuna qədər 1000 təhsil müəssisəsinin Azərbaycan təhsil şəbəkəsinə (AzEduNet) qoşulması ilə əlaqədar işlər yekunlaşmaq üzrədir. Təhsil Nazirliyinin nəzdində Təhsil sisteminin informasiyalaşdırılması İdarəsindən SİA-ya verilən xəbərə görə, bu ilin sonuna kimi Azərbaycanın orta məktəblərinin ümumi sayının 22%-i artıq genişzolaqlı internetə qoşulacaqdır. Beləliklə, Azərbaycan təhsil şəbəkəsi ölkənin 45 şəhər və rayonunun təhsil müəssisələrini əhatə edəcəkdir.
Qeyd etmək lazımdır ki, 2007-ci ildə genişzolaqlı interneti olan məktəblər ümumi sayın 3%-ni, 2008-ci ildə - 4%-ni, 2009-cu ildə 11%-ni əhatə edirdi.
Hər bir təhsil müəssisəsində ilkin olaraq kompleks hazırlıq işləri həyata keçirilir. Buna bütün kompyuter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompyuter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkə quraşdırılır.
Bundan sonra isə məktəbin Azərbaycan təhsil şəbəkəsinə qoşulması təmin edilir. Bütün texniki işlər AzEduNet təşkilatı tərəfindən həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB