“Magistr” xüsusi buraxılışının 1-ci sayı dərc olunub

“Magistr” xüsusi buraxılışının 1-ci sayı dərc olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Magistr" xüsusi buraxılışının 1-ci sayı nəşr edilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, jurnalda 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test tapşırığı nümunələri, açıq test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı proqramları, informatika üzrə qəbul imtahanı proqramı kimi materiallar əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə