Rektor, akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin Biofizika kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Dövlət mükafatı laureatı, professor Andrey Borısoviç Rubini qəbul edib. BDU-nun Mətbuat və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, universitet haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov ali təhsil ocağının yaranma və inkişaf tarixindən, əsasən beynəlxalq əlaqələrindən bəhs edib.
Məlum olub ki, BDU dünyanın aparıcı təhsil ocaqları ilə yanaşı, Rusiya Federasiyası universitetləri, o cümlədən Moskva Dövlət Universiteti ilə səmərəli ikitərəfli əlaqələr qurub. Nanotexnologiya və innovasiyadan danışan rektor, MDU alimlərinin bu sahədəki təcrübələrini azərbaycanlı alimlərlə bölüşdüyünü, səmərəli və birgə işbirliyi alındığını qeyd edib.
Qonaq da öz növbəsində Bakı Dövlət Universitetinin elm və təhsilində böyük irəliləyiş olduğunu, əlaqələrin daha səmərəli və sıx olmasında maraqlı olduğunu nəzərə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB