Sabah magistraturaya qəbul qaydaları ictimaiyyətə açıqlanacaq - AÇIQLAMA

Sabah magistraturaya qəbul qaydaları ictimaiyyətə açıqlanacaq - AÇIQLAMA
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Magistr" xüsusi buraxılışının 1-ci sayı nəşr edilib. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, jurnalda bir sıra materiallar öz əksini tapıb. Mətbuat katibinin sözlərinə görə, jurnalda 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları, ümumi intellekt səviyyəsinin, məntiqi təfəkkürün yoxlanılması üzrə qəbul imtahanı proqramı və izahlı test tapşırığı nümunələri, açıq test tapşırığı nümunələri, xarici dillər üzrə qəbul imtahanı proqramları və informatika üzrə qəbul imtahanı proqramı yer alıb: "Sabah magistraturaya qəbul qaydaları ictimaiyyətə açıqlanacaq. "Magistr" xüsusi buraxılışının 1-ci sayı sabahdan etibarən satışda olacaq və ictimaiyyət yeni qaydalarla buradan tanış ola biləcəklər".

Qeyd edək ki, 2011/2012-ci tədris ili üzrə qəbul imtahanlarına edilən yeniliklərə əsasən 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərziə qəbulunun və qəbul imtahanının I mərhələsinin 2011-ci ilin fevral ayında aparılması nəzərdə tutulub. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə