İyulun 23-də riyaziyyat üzrə (Azərbaycan və rus bölmələri) keçirilmiş test imtahanlarında 3168 nəfər iştirak edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, namizədlər arasında ən yüksək nəticə olaraq 60 bal qeydə alınıb.
Bu gün keçirilən riyaziyyat, informatika, təsviri incəsənət üzrə test imtahanlarında 3344 namizəd iştirak edib.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB