Misir Mərdanov: “İctimaiyyət təhsil işçilərindən daha səmərəli fəaliyyət göstərməyi tələb edir”

Misir Mərdanov: “İctimaiyyət təhsil işçilərindən daha səmərəli fəaliyyət göstərməyi tələb edir”

İlk öncə təhsil naziri Misir Mərdanov və Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov rayonun mərkəzində yerləşən Heydər Əliyev Parkında şəhidlərin və ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Yeni inşa olunmuş orta məktəbin açılış mərasimində çıxış edən nazir bildirib ki, belə bir tədris ocağının istifadəyə verilməsi İsmətli kəndinin həyatında əlamətdar hadisədir.

Məktəbi tikməklə yanaşı, onu qoruyub saxlamağın da zəruri olduğunu söyləyən nazir tədris ocağında təlim–tərbiyənin ən yüksək səviyyədə aparılması üçün yaradılan şəraitə diqqət çəkib. Təhsil sahəsində keyfiyyət amilinin daim öndə dayandığını bildirən təhsil naziri Misir Mərdanov deyib ki, hazırda ictimaiyyət təhsil işçilərindən daha səmərəli fəaliyyət göstərməyi tələb edir.

Yeni məktəbin kəndin elm məbədinə, mədəniyyət mərkəzinə çevriləcəyinə inandığını bildirən Misir Mərdanov İsmətli kəndinin bütün sakinlərini təbrik edib, tədris ocağının pedaqoji kollektivinə, şagirdlərə uğurlar arzulayıb.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və İsmətli kənd sakini, məktəbin valideyn komitəsinin sədri Musaxan Əliyev də çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə