Magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilib
2010-cu il noyabrın 29-da ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın növbəti iclası keçirilib. TQDK-dan SİA-ya verilən məlumata görə, seminarda müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak edirdilər.
TQDK-nın aparıcı məsləhətçisi M. Əkbərli test tapşırıqlarının yazılması və ekspertizası haqqında təqdimatla çıxış edib. Seminar iştirakçıları təqdim olunan test tapşırıqlarının nümunələrini elmi-metodiki baxımdan təhlil ediblər. Növbəti seminarda yeni tipli test tapşırığı nümunələrinin təhlili davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB