Növbəti test imtahanı keçiriləcək

Növbəti test imtahanı keçiriləcək
Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydalarına uyğun olaraq 03 dekabr 2010-cu il tarixdə növbəti test imtahanı keçiriləcək. SİA-nın məlumatına görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün 02 dekabr 2010-cu il saat 11:00-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər. Onu da qeyd edək ki, sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər imtahana buraxılmayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə