TQDK rus dili ( rus bölməsi üçün ), ingilis dili, fransız dili, alman dili, fizika və coğrafiya fənləri üzrə mütəxəssis ( əmək müqaviləsi ilə ) vəzifələrini tutmaq üçün müsabiqə elan edir.
TQDK-dan SİA-ya verilən məlumata görə, mütəxəssis vəzifəsinə
- ali təhsilli, 25-40 yaş həddində olan;
- müvafiq ixtisasa uyğun nəzəri bilikləri və həmin biliklərdən təcrübədə istifadə etmək vərdişi və bacarığı olan;
- metodiki və pedaqoji təcrübəsi olan;
- orta məktəbin tədris planı, proqramı və dərslikləri barədə məlumatı olan;
- testologiya sahəsində biliklərə malik olan;
- pedaqoji testləşdirmə metodlarını bilən;
- təhsil sisteminin strukturu, problemləri, tədrisin təşkili barədə geniş məlumatı olan;
- müasir kompyuter sistemindən istifadə etməklə müəyyən işləri yerinə yetirməyi bacaran şəxslər iştirak edə bilərlər.
Müsabiqədə iştirak edənlər
- kadrların şəxsi uçot vərəqi;
- tərcümeyi-hal;
- təhsil haqqında sənədin surətini təqdim etməlidirlər
Sənədlər 01 .12.2010-cu il tarixindən 25.12.2010-cu il tarixinədək qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB