Rezidenturaya qəbul imtahanları ilə bağlı hazırlıq işləri davam etdirilir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanlarının mərkəzləşdirilmiş şəkildə test üsulu ilə aparılması məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
TQDK-dan SİA-ya verilən xəbərə görə, öncə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin müalicə işi və pediatriya, stomatologiya, tibbi biologiya və tibbi profilaktika istiqamətləri üzrə ekspertlərinin iştirakı ilə elmi-metodiki seminarlar təşkil edilib. Seminar iclaslarında müxtəlif istiqamətlər üzrə baza və ixtisas fənlərindən qəbul proqramlarının hazırlanması və test tapşırıqlarının tərtibi metodikası ilə bağlı müzakirələr aparılmış və treninqlər keçirilib. Qeyd edilən məsələlər barədə müzakirələr davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB