TQDK: "Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlandı"

TQDK: "Naxçıvan MR Daxili işlər və Vergi orqanlarında vakant iş yerlərinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanının nəticələri açıqlandı"
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası noyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı və Muxtar Respublikanın vergi orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, daxili işlər orqanlarının müsabiqəsində iştirak etmək istəyən 33 nəfərin, Naxçıvan MR vergi orqanlarında elan olunmuş müsabiqəyə 14 nəfərin namizədliyi qeydə alınıb.

"İmtahanların nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdirilib. Naxçıvan Muxtar Respublikasının Daxili işlər orqanlarında orta rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı test imtahanı nəticəsində 1 nəfər, Naxçıvan MR vergi orqanlarına qəbulla bağlı test imtahanında 3 nəfər müsabiqə şərtlərini ödəyərək (65 və daha yüksək bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə