Oqtay Şirəliyev Polşanın səhiyyə nazirinin müavinini qəbul edib

Oqtay Şirəliyev Polşanın səhiyyə nazirinin müavinini qəbul edib

Bu gün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev Polşa Respublikasının səhiyyə nazirinin müavini A. Froncakın başcılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, qonaqları səmimi salamlayan O. Şirəliyev ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi səhiyyə sahəsində də sıx əməkdaşlığın mövcudluğundan, bu günə kimi birgə həyata keçirilmiş ikitərəfli layihələrin müvəffəqiyyətindən söz acıb. Nazir ölkə başçısının səhiyyə sektoruna olan diqqət və qayğısı nəticəsində son illər səhiyyədə görülən işlər, aparılan islahatlar və əldə olunan nailiyyətlər, qoyulan investisiyaların artması sayəsində yeni açılıb istifadəyə verilən tibb müəssisələri haqqında da qısaca məlumat verib.

Görüşdə ölkələrimiz arasında Səhiyyə və Tibb elmi sahəsində əməkdaşlığa dair müzakirələr, tərəflər arasında kadr hazırlığına dair məsələlərə də toxunulub.

Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən qonaq səhiyyənin bütün sahələrində əməkdaşlığa hazır olduqlarını nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə