TQDK-da xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seminar keçirilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seminar keçirilib.
TQDK-dan SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələri üzrə qabiliyyət imtahanlarının proqram və qiymətləndirmə meyarları barədə müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdə TQDK-nın Qabiliyyət imtahanları üzrə sektorunun əməkdaşları, Teatr, kino və xoreoqrafiya sənətləri istiqaməti üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ekspertləri iştirak ediblər.
Seminarda bu istiqamətin "aktyor sənəti", "rejissorluq", "operator sənəti", "xoreoqrafiya sənəti" ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları bəzi əlavələr edilməklə əsasən keçən tədris ilində olduğu kimi qəbul edilib. Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətli xüsusi qabiliyyət tələb edən ixtisasların ali təhsil müəssisələri üzrə qabiliyyət imtahanlarının və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə seçmə turun proqramları tədris-metodiki vəsaitdə nəşr ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB