Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Edinboro Universitetinin rektoru Ceremi Braun və Universitetin Moskva ofisinin rəhbəri xanım Olqa Zinovyevanı qəbul edib. ADU-nun İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan təhsil sistemi haqda geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıqdan söz açılıb. Eyni zamanda, Azərbaycan Dillər Universiteti və Edinboro Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Rəhbərlik etdiyi ali təhsil ocağı haqda qonağa məlumat verən rektor, professor Səməd Seyidov ilk öncə bu günlərdə universitetdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər haqda məlumat verdi. Daha sonra ADU-nun tarixi haqda danışan rektor hazırda ADU-da 10-dan çox dilin tədris olunduğunu dedi. Səməd Seyidov ölkələrin dili ilə yanaşı, həm də mədəniyyət, tarix, siyasətinin tədrisinin əhəmiyyət daşıdığını və buna xüsusi yer ayrıldığını vurğuladı. O, universitetdə dili tədris olunan ölkələrin hər birinin dil və mədəniyyət mərkəzlərinin açıldığını və bunun gündən-günə daha da artdığını qonağın nəzərinə çatdırdı.
Öz növbəsində rektor, Ceremi Braun Dillər Universiteti haqda yüksək təəssüratlar aldığını diqqətə çatdırıb. O, gələcək əməkdaşlıqla bağlı müzakirə apararaq bu sahədə maraqlı olduqlarını bildirib. Qonaqlar xüsusilə universitetlər arasında fakültələr səviyyəsində əlaqələrin genişləndirilməsinin vacibliyini söyləyib. Birgə dəyirmi masalar, video körpülərin keçirilməsi, distant təhsilin təşkili ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Gələcəkdə ikili diplomların verilməsi haqda danışılıb, bu sahədə ADU-nun qazandığı təcrübə yüksək dəyərləndirilib.
Qeyd edək ki, ADU Böyük Britaniyanın Esseks Universiteti ilə uğurlu beynəlxalq əməkdaşlığı sayəsində ikili diplomların verilməsi məsələsi artıq öz həllini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB