Rusiyanın tanınmış müəllim və professor heyəti Azərbaycan həkimlərinə təkmilləşdirmə kursları keçirlər

Rusiyanın tanınmış müəllim və professor heyəti Azərbaycan həkimlərinə təkmilləşdirmə kursları keçirlər

Rusiyanın Şüa Diaqnostikası üzrə Milli Konqresinin 4 nəfərdən ibarət tanınmış müəllim və professor heyəti bu gündən etibarən azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirlər. SİA-nın xəbərinə görə, dekabrın 15-dək davam edəcək kurslar həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə təşkil olunacaq.

Şüa diaqnostikası məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb olunub. Kurslar 1 saylı Kliniki Tibbi Mərkəzdə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə