2011-ci ildə ali məktəblərə ədəbiyyat fənnindən qəbul proqramı təsdiq edilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirib. SİA-nın xəbərinə görə, seminarda 2011-ci ildə ali məktəblərə keçiriləcək qəbul imtahanı üçün ədəbiyyat fənnindən qəbul proqramı müzakirə olunub.
2011-ci ildə III ixtisas qrupu üzrə ali məktəblərə keçiriləcək qəbul imtahanları üçün ədəbiyyat fənnindən qəbul proqramının müzakirəsinin davamı olub. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikir bildirərək təkliflərini veriblər. Cəlilabad rayon müəllimləri də internet vasitəsilə videobağlantıya qoşulublar.
Seminarda yeni–2010-cu ildə nəşr olunan Ədəbiyyat (XI sinif) dərsliyindəki əlavələrin (Mühacirət ədəbiyyatı, Mirzə İbrahimov) proqrama daxil edilməsi qərara alınıb, həmçinin söylənilən təkliflər nəzərə alınmaqla tək-tək redaktə xarakterli düzəlişlər olunaraq 2011-ci ildə ali məktəblərə Ədəbiyyat fənnindən qəbul proqramı təsdiq edilib. Qəbul proqramının tam mətni "Abituriyent" jurnalının birinci sayında dərc ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB