Misir Mərdanov Yevlaxda müəllimlərin əmək haqqının məktəb direktoru tərəfindən tutulması barədə məlumatlara münasibət bildirib
Təhsil naziri Misir Mərdanov Yevlaxdakı 7 saylı orta məktəbdə müəllimlərin əmək haqqının 20 faizinin məktəb direktoru tərəfindən tutulması barədə yayılan məlumatlara münasibət bildirib. SİA-nın xəbərinə görə, təhsil naziri jurnalistlərə açıqlamasında bildirib ki, orta məktəblərdə müəllimlərin əmək haqqından pul tutan məktəb direktorları və təhsil şöbələrinin müdirləri cəzalandırılmalıdır. Onun sözlərinə görə, təhsil sahəsində belə şeylərə yol vermək olmaz: "Belə addım atan şəxslər cəzalandırılmalıdır. Lakin bununla bağlı Təhsil Nazirliyinə heç bir müraciət daxil olmayıb".
Daha sonra nazir bağçaların özəlləşdirilməsindən sonrakı fəaliyyəti barədə də məlumat verib. O bildirib ki, özəlləşməyə çıxarılan bağçaların hamısı bağça kimi fəaliyyət göstərmir. Onun fikrincə, gələcəkdə bu problem aradan qaldırılacaq və özəlləşən bağçalar uşaq bağçası kimi fəaliyyət göstərəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB