Son 5 ildə elmlə təhsilin inteqrasiyası, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi,elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi,multidissiplinar biliklərin tədrisi istiqamətində bir sıra mühüm işlər görülüb". SİA-nın xəbərinə görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Amea Rəyasət Heyətinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunan illik Ümumi yığıncaqda bildirib.
Onun sözlərinə görə, akademiyada elm və təhsilin vahid sosial institut kimi formalaşması əsas vəzifələrdən biri kimi qarşıya qoyub. Akademik diqqətə çatdırıb ki, yüksəkixtisaslı kadr hazırlığı sahəsində elm və təhsilin səmərəli şəkildə inteqrasiyasına nail olmaq, ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan tələbatını ödəmək məqsədi ilə ölkə rəhbərliyinin dəstəyi sayəsində AMEA magistratura pilləsi yaradılıb və bir sıra prioritet ixtisaslar üzrə qəbul həyata keçirilir.
A.Əlizadə vurğulayıb ki, AMEA-da magistratura təhsilinin həyata keçirilməsi ilə bağlı Milli Məclis tərəfindən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər də olunub. Natiq son 5 ildə elm və təhsilin inteqrasiyası sahəsindəki uğurlardan biri kimi doktorluq təhsilinin və elmi tədqiqatların modernləşdirilməsi üzrə həyata keçirilən "Nizami" layihəsini də xüsusi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB