Bu gün Təhsil Nazirliyi tərəfindən Gülüstan sarayında "Təhsil və Texnologiya vasitəsilə iqtisadi inkişaf" beynəlxalq təhsil konfransı keçirilir. SİA-nın məlumatına görə, beynəlxalq konfrans Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub. Eyni zamanda konfransın keçirilməsində Təhsil Nazirliyi YUNESKO təşkilatı və "Microsoft" şirkəti yaxından əməkdaşlıq edir. Konfransda Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, YUNESKO-nun İKT üzrə regional əlaqələndiricisi Tarek Şauki, Macarıstan Respublikasının sabiq təhsil naziri Balint Magyar, "Microsoft" şirkətinin ümumdünya dövlət-özəl alyansı üzrə baş direktoru Coys Fernandes, İntel Korporasiyasının idarəedici direktoru Brayan Qonsales, Edinburq Universitetinin professoru Çarlz Anderson konfransda təqdimatlarla çıxış edəcəklər.
Təhsil Konfransı iki əsas hissədən ibarət olacaq. Birinci hissədə mütəxəssislər tərəfindən Bakının iki qabaqcıl məktəbində və bir ali təhsil müəssisəsində aşağıda göstərilmiş mövzular üzrə seminarlar keçəcəklər:
Milli İKT və Təhsil Strategiyasının işlənib hazırlanması;
Bir şagird-bir kompüter strategiyası, öyrənənlər və müəllimlər üçün təcrübə;
Ali təhsildə E-tədris.
Konfransın ikinci hissəsində bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nin rolu haqqında regional konfrans keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq
Konfransın məqsədi yeni müstəqil dövlətlərin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunmuş və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.
Beynəlxalq Təhsil Konfransı çərçivəsində mütəxəssislər tərəfindən seminarlar təşkil olunacaqdır. Azərbaycan Dillər Universitetində "Ali təhsildə e-tədris", 132-134 saylı təhsil kompleksində "Milli İKT və Təhsil Strategiyasının inkişafı", Elitar Gimnaziyada isə "Müəllim və şagirdlər üçün birin-birə təhsil" mövzusunda seminarlar keçiriləcək. Seminar iştirakçıları həmçinin video-konfranslarda iştirak edəcəklər. Konfrans çərçivəsində bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nin rolu haqqında regional sammit keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq.
Nəzərinizə çatdırırıq ki, "Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf" Təhsil Konfransı 23 noyabr 2010-cu il tarixində açılacaq "BakuTel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ilə bir ərəfədə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB