Akif Əlizadə: "2017-ci il AMEA üçün səmərəli keçib"

Akif Əlizadə: "2017-ci il AMEA üçün səmərəli keçib"

Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələrə dair hesabata baxılıb. SİA-nın xəbərinə görə, hesabat haqqında məlumat verən AMEA prezidenti Akif Əlizadə söyləyib ki, ötən il qurum üçün səmərəli keçib.

O bildirib ki, 2017-ci ildə AMEA tərəfindən mövcud elmi-texniki potensialıın daha da inkişaf etdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil və iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, elmi tədqiqatların ölkəmizin sosial-iqtisadi problemlərinin həllinə, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına yönəldilməsi və digər mühüm tədbirlər həyata keçirilib.

Onun sözlərinə görə, hesabat ilində ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları, doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri və şagirdlər, həmçinin AMEA-nın magistrantları üçün müəyyən edilən təqaüdlərin aylıq məbləği artırılıb: "Hazırda Respublikamızda 32 mindən çox alim elmi tədqiqatla məşğul olur ki onun da 30 faizi AMEA əməkdaşıdır. Ötən il keçirilən AMEA-nın üzvlüyünə seçkilərdə Akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib. Respublika üzrə 12 min alim "AMEA-nın professoru" adına layiq görülüb".

A.Əlizadə qeyd edib ki, AMEA magistraturasında 2017/2018-ci tədris ili üçün ixtisasların və qəbul yerlərinin sayı artırılıb və magistraturaya 12 ixtisas, 39 ixtisaslaşma üzrə yüksək balla 67 nəfər qəbul olunub: "Elmi müəssisələri tərəfindən 2017-ci ildə 70-dən artıq əməkdaşlıq sənədi imzalanıb, 50-dən çox beynəlxalq tədbir təşkil edilib. 2017-ci ildə AMEA-nın alimləri bir sıra təşkilatların qrant müsabiqələrində iştirak edərək 117 qrant layiq görülüb".

Akademik qeyd edib ki, AMEA-da təhsilin bütün səviyyələri üzrə təhsil təşkil olunur: "Yalnız bakalavriat səviyyəsində təhsil qalıb ki, ümid edirəm dövlət başçısı ona da dəstək verəcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə