Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib. Mərkəzdən SİA-ya verilən məlumata görə, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və bu ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB