Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə ixtisaslı mütəxəssislərin işə qəbulu elan edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, müvafiq sahələr üzrə ali və ya orta ixtisas təhsilinə, həmçinin bu sahədə minimum iki il iş təcrübəsinə malik olan mütəxəssislər işə qəbul üçün müraciət edə bilərlər.
İşə qəbul olunan mütəxəssislərə iki ay müddətində Bakıda koreyalı mütəxəssislər tərəfindən təlimlər keçiriləcək. Mütəxəssislər növbəti üç ay ərzində isə Koreyada keçirilən təlimlərdə iştirak edəcəklər. Təlimlər ödənişsizdir.
Qəbul seçim yolu ilə aparılır. Seçim zamanı ingilis dilini bilən namizədlərə üstünlük veriləcək. Əməkhaqqı yüksəkdir.
İşləmək istəyən ixtisaslı mütəxəssislər iyulun 1-dək CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB