Yaponiya Hökuməti YUNESKO/Keizo Obuçi təqaüd proqramını elan edir

Yaponiya Hökuməti YUNESKO/Keizo Obuçi təqaüd proqramını elan edir
Yaponiya Hökuməti Yaponiyanın İnsan Resursları üzrə İmkanların Gücləndirilməsi Fondu vasitəsilə YUNESKO/Keizo Obuçi təqaüd proqramını elan edir. SİA-nın xəbərinə görə, təqaüd proqramı çərçivəsində ətraf mühit elmləri (su elmlərinə xüsusi üstünlük verilir), mədəniyyətlərarası dialoq, informasiya və kommunikasiya texnologiyaları, münaqişələrin sülh yolu ilə nizamlanması istiqamətləri üzrə diplomdansonrakı tədqiqatlara üstünlük verilir.

Təqaüd Proqramında iştirak etmək arzusunda olan namizədlər magistr dərəcəsi olmalı və yuxarıda göstərilmiş istiqamətlərdən biri üzrə tədqiqat işi aparmalı, 1971-ci il yanvar ayının 1-i tarixindən öncə anadan olmuş olmamalı, yəni 40 yaşından yuxarı olmamalı, tədiqat aparacağı universitetdən (elmi rəhbərdən) dəvət məktubuna malik olmalı, tədqiqat aparacağı dildə sərbəst oxu və yazı bacarıqlarına malik olmalı, fiziki və psixi sağlam olmalıdır.

Təqaüd proqramında iştirak etmək şəxslər aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
- YUNESKO/ Keizo Obuçi təqaüdü üçün ərizə forması; (müvafiq dövlət qurumu tərəfindən doldurulmalı, 3 nüsxədətəqdim olunmalıdır)
- 2 ədəd 3.5x4.5 rəngli fotoşəkil;
- Son üç tədris ilinin transkripti;
- Həm bakalavr, həm də magistr diplomları və onlara əlavələrin notariat qaydasında təsdiq olunmuş surəti;
- Bir ədəd tövsiyyə məktubu;
- Tədqiqat işini aparacağı universitet tərəfindən dəvət məktubu;
- Tədqiqat işini aparacağı dil biliklərini təsdiq edən sertifikat (xüsusi YUNESKO forması);
- Tədqiqat işinin ingilis və ya fransız dilində xülasəsi.

Natamam və ya sənədlərin qəbulu tarixindən sonra təqdim olunmuş sənədlərə baxılmayacaq. Proqramda iştirak etmək arzusunda olan namizədlər ərizə forması və lazımi sənədlərlə birlikdə 10 dekabr tarixinə kimi YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi Katibliyinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə