ADNSU rektoru universitetdə təcrübə keçən rusiyalı magistrlarla görüşüb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə magistratura səviyyəsində təcrübə proqramını başa vuran Rusiyanın Lomonosov adına Şimali (Arktik) Federal Universitetinin magistrları ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADNSU-da həyata keçirilən islahatlar və görülən işlər haqqında məlumat verən rektor, professor M.Babanlı universitetdə magistr pilləsində aparılan tədris prosesi, həmçinin universitetin startap layihələrinə verilən dəstəkdən danışıb.
ADNSU-da “Enerji menecmenti” və “Neft-qaz mühəndisliyi” ixtisasları üzrə magistr təcrübə proqramını başa vuran Romanov Kirill və Popov Roman universitetdə təcrübə keçdikləri müddətdə qazandıqları biliklərdən danışıb və təəssüratlarını bölüşüblər.
Görüşün sonunda gənclərə ADNSU-da magistr təcrübə proqramını müvəffəqiyyətlə başa vurduqlarına dair sertifikat verilib.
Qeyd edək ki, Romanov Kirill və Popov Roman may ayının 2-dən 30-dək ADNSU-da magistr təcrübə proqramında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB