"Azərbaycanda elm və təhsilə büdcədən ayrılan vəsaitin həcmi azdır. Elm sahəsinə büdcədən 0,6% vəsait ayrılır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bugünkü plenar iclasında "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.
İnkişaf etmiş ölkələrdə bu rəqəmin yüksək olduğunu deyən deputat söyləyib ki, Azərbaycanda təhsil sahəsinə isə 10,6 faiz vəsait ayrılır: "İran və Moldovada bu rəqəm 18-19 faiz təşkil edir. Rəcəp Tayyib Ərdoğan bu yaxınlarda 20 yeni universitetin yaranması haqqında qanun layihəsi imzalayıb. Çünki hamı başa düşür ki, elmə və təhsilə kifayət qədər vəsait ayırmadan ölkənin inkişafını təmin etmək mümkün deyil”, – deyə millət vəkili qeyd edib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB