Total E&P Azərbaycan B.V. vərəm haqqında bilikləri artırmağa kömək edir

Total E&P Azərbaycan B.V. vərəm haqqında bilikləri artırmağa kömək edir

Azərbaycan Səhiyyə Kommunikasiyasi Assosiasiyası vərəmə yoluxmanın qarşısını almaq üçün çap və video materialları təqdim edir. SİA-nın xəbərinə görə, 23 noyabrda Azərbaycan Media Mərkəzində Azərbaycan Səhiyyə Komunikasiyası Assosiasiyası tərəfindən ictimaiyyətin vərəm haqqında biliklərini artırmaq məqsədi ilə hazırlanan video materialların təqdimatı keçiriləcək. Bu materiallar Total E&P Azərbaycan B.V. şirkətinin dəstəyi ilə, Vərəm Əleyhinə Milli Proqram ilə əməkdaşlıqda "Azərbaycanda vərəmin səmərəli profilaktikası və effektiv müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması" adlanan bir illik layihə çərçivəsində hazırlanıb.

İki İctimai Xəbər Elanı (İXE) və qısametrajlı sənədli film, həmçinin də liflet, plakat və kitabçalar, həm ümumi əhali, həm də vərəmli xəstələrin vərəmin simptomları, ona yoluxma yolları, xəstələrin tibbi məsləhət üçün vaxtında müraciət etməsi və müalicənin kəsilməməsinin zərərləri barədə məlumatlandırmaq məqsədi ilə hazırlanıb. Bu günə gədər müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə artıq 200 000 nüsxə liflet və 20 000 posterlər əhali arasında paylanılıb. İXE-lər üç milli televiziya kanalında nümayiş etdirilir (Space, ATV və ANS).

Səhiyyə Nazirliyinin, AĠDS, Vərəm və Malyariyaya qarşı Qlobal Fondunun, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri və vərəmlə məşğul olan başqa təşkilatların təmsilçiləri də bu tədbirdə iştirak edəcək.

"Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması" layihəsi Total E&P Azərbaycan B.V. tərəfindən maliyyələşdirilən ikinci böyük kommunikasiya layihəsidir. Əvvəlki "HĠV-nin qarşısının alınması" layihəsi 2007-ci ildə keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə