Bəşəriyyətin tərəqqisi insanlığın tərəqqisidir. Bu inkişafa nail olmaq üçünsə bizə təhsilli, elmli, işinə məsuliyyətlə yanaşan və vəzifəsinin öhdəsindən layiqincə gələn insanlar lazımdır. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi : “Bir ölkənin gələcəyi onun təhsilindən, yəni müəllimindən asılıdr” sözləri öz aktuallığını heç vaxt itirməyəcək. Təhsili yüksək olan millətin isə gələcəyi işıqlı olar.
O, özünün xoş rəftarı, səmimiyyəti, alicənablığı, əsl ziyalılığı ilə həqiqətən də öyünə bilər.Tərifə ehtiyacı olmayan bu xanımı tanıyanların hamısı onun sulardan duru qəlbi, saf əqidəsi, sədaqəti, savadı ilə qürur hissi keçirir.
Haqqında söhbət açdığım Sevinc Nizami qızı Alıyeva 1975-ci il may ayının 24-də Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1982-ci ildə Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbin birinci sinfinə qədəm qoyub. Sonra Sumqayıt şəhər Nizami Gəncəvi adınaTəbiət elmləri təmayüllü gimnaziyaya daxil olub, oranı əla qiymətlərlə bitirib. Arzusu müəllimə olmaq olub. Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji Universitetini də əla qiymətlərlə oxuyub Sevinc xanım.
Sevinc xanım 1997-ci ildən Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsidir. Onun gələcəyimiz olan uşaqların təlim-tərbiyəsində, təhsilində mühüm rolu var. Xüsusilə onu da qeyd etmək istəyirəm ki, o, həm də yaradıcı xanımdır. Bir neçə mətbu orqanla da əməkdaşlıq edir. Jurnalist, qəzet müxbiri kimi qələmini sınayır. Ailəlidir. Bir oğlu var. Çalışır ki, yeganə övladı Muradı vətənpərvər böyüdərək, cəmiyyətimizdə şəxsiyyət kimi formalaşdırsın. Sevinc müəllimə xüsusilə qeyd edir ki, “qadının savadsızlığı cəmiyyətin savadsızlığıdır”! Olduqca təvazökar, cəfakeş, tələbkar və mehriban Sevinc müəlliməyə məqsədyönlü fəaliyyətində daha böyük uğurlar qazanmasını arzulayırıq.
Təhsilimizin inkişafı yolunda yorulmadan çalışaraq yeni-yeni töhfələrə can atan Sevinc Alıyeva sözün həqiqi mənasında əsl ziyalı kimi böyük ehtirama və diqqətə layiqdir.
Bir sözlə, insanlara ziya, işıq dəxş edən müəllim adı müqəddəsdir. Bu adı daşıyan hər bir insanın qarşısında biz borcluyuq!
Doğum günün mübarək olsun, əziz Sevinc müəllimə! Sizə uzun ömür, can sağlığı və bol-bol uğur diləyirik! İnanırıq ki, siz müəllimlik sənətilə böyük uğurlara imza atacaqsınız.
Sevinc xanım, ad günün mübarək olsun,
Ürəyin sevinclə, fərəhlə dolsun!
Şəfəq XƏZƏR, şairə, Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəlliməsi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB