Milli Məclisin bu gün keçirilən plenar iclasında Millət vəkili Zahid Oruc təhsil sahəsində olan problemlərdən danışıb. SİA-nın xəbərinə görə, deputat çıxışında ölkə vətəndaşlarının bəzi imtahanlar üçün xarici ölkələrə üztutduqlarını qeyd edib: "Azərbaycanda valideyn övladının SAT (Scholastic Aptitude Test) imtahanlarını verməsi üçün Gürcüstana gedir. Məlum olur ki, bu sahədə oturuşmuş, sistemli, mütəşəkkil cinayətlarlıq var. Beynəlxalq mərkəzlərdə Britaniya və Amerikada bizim nəticələri tanımırlar, çünki çox ciddi korrupsiya var, nəticələr süni şəkildə şişirdilir".
Bundan başqa vətəndaşlarımız pul xərcləyir imtahanda iştirak etmək üçün Gürcüstana gedir: "Birincisi nəyə görə, bu pullar Gürcüstana getməlidir? Digər tərəfdən bu, bizim təhsil imicimizə ləkədir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirəm ki, bu faktları araşdırsın. Niyə beynəlxalq aləmdə irad almalıyıq”.
Deputata çıxışı zamanı məktəblilərin çoxunun eynək taxması ilə bağlı məsələyə də toxunub: "Bu şagirdlər millətin qürurverici təbəqəsidir. Biz onlarla qürur duyuruq. Eyni zamanda, biz üzücü bir mənzərə ilə rastlaşırıq. Belə ki, olimpiadada iştirak edən 300 nəfərdən 120-sinin gözündə eynək var idi. Bu çox ciddi məsələdir. Niyə onların gözləri zəifləyib? Bəlkə biz qida rasionunu dəyişməliyik, ya başqa addımlar atmalıyıq. Bütün hallarda məktəbliləri əhatə edən bu problemin həllinə yönəlik işlər görməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB