"Builki olimpiadalarda region məktəbliləri yüksək nəticə göstəriblər"
"Bu il keçirilən qəbul imtahanlarında iştirak edən respublika fənn olimpiada qaliblərindən biri 700 bal toplayıb". SİA-nın xəbərinə görə, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev respublika fənn olimpiadalarının nəticələrinin analitik təhlili ilə bağlı təqdimatla bağlı çıxış edərkən deyib.
Azərbaycanda olimpiada qaliblərinin qəbul imtahanlarında topladıqları orta balın 657 olduğunu dilə gətirən E.Əmrullayev deyib ki, bu ilki respublika fənn olimpiadasının nəticələrinə görə, 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla 276, Naxçıvan da daxil olmaqla 298 nəfər nəfər qalib elan olunub.
Təhsil İnstitutunun rəsmisi qeyd edib ki, builki olimpiadada region şagirdləri çox aktiv iştirak ediblər. O əlavə edib ki, Azərbaycanda olimpiada qalibləri daha çox tibb ixtisasını seçirlər: "Azərbaycan məktəbliləri bir çox olimpiadalarda iştirak edirlər ki, onlardan 5-i dünya miqyaslı, digərləri isə regional və s. Ümumiyyətlə son dövrlərdə şagirdlərimiz daha çox medal qazanmağa başlayıblar".
E.Əmirullayev qeyd edib ki, builki Respublika fənn olimpiadalarında regionlarımzdan qızıl medal əldə edən şagirdlərin sayının çox olması sevindirici haldır: "Belə ki, Neftçala, Şəki, Zaqatala, Gəncə,Bərdə və digər rayonlarından olan məktəblilər olimpiadada alqışa layiq nəticə göstəriblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB