Azərbaycanla İtaliya arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma memorandumu imzalanıb

Azərbaycanla İtaliya arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma memorandumu imzalanıb
Noyabrın 10-da Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər çərçivəsində Oqtay Şirəliyev italiyalı həmkarı Ferruçio Fazio ilə görüşüb.

Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, professor Cəmil Əliyevin də iştirak etdiyi görüşdə səhiyyə və tibb elmləri sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma memorandumu imzalanıb.

Noyabrın 12-də isə Oqtay Şirəliyev İtaliyanın onkologiya sahəsinin aparıcı mərkəzlərindən sayılan Regina Elena İnstitutuna baş cəkmiş və institutun fəaliyyəti ilə yaxından tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə