Təhsil naziri Ceyhun Bayramov Albaniyanın Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini bildirib.
Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.
Görüşün sonunda xatirə fotosu çəkilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB