Paytaxt məktəblisi Rusiyada boks üzrə beynəlxalq turnirdə I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 159 nömrəli tam orta məktəbin şagirdi Əhəd Rüstəmli 28 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qalib gəlib. Bu barədə SİA-ya idarənin mətbuat xidmətindən məlumat verilib.
Ə.Rüstəmli final mərhələsində erməni idmançını məğlub edib. Turnirin ən yüksək kürsüsünə yüksələn Ə.Rüstəmli medal, diplom və kubokla təltif olunub.
Qeyd edək ki, boks idman növü ilə qısa müddət məşğul olmasına baxmayaraq, 10 yaşlı məktəbli ölkədaxili yarışlarda da böyük nailiyyətlər əldə edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB