Müəllimlərin diaqnostik qiymətləndirməsi nə vaxt keçiriləcək? RƏSMİ

Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu may ayının 3-dən 11-nə kimi aparılır. Bu gün sənəd qəbulu başa çatır”. SİA-nın xəbərinə görə, bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. O deyib ki, sənəd qəbulu başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin keçiriləcəyi dəqiq tarixi söyləmək mümkün olacaq: “Diaqnostik qiymətləndirmə may ayının 20-dən sonra keçiriləcək. Lakin dəqiq tarix bəlli deyil”.

M.Camalzadə qeyd edib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün 20 minə yaxın insanın elektron ərizəsi qəbul edilib: “Ümumilikdə isə 8 mindən artıq insanın elektron ərizəsi təsdiqlənib”

Bütün xəbərlər Facebook səhifəmizdə