ADU-da “Respublikada bakterioloji vəziyyət və infeksiyalar” adlı tədbir keçirilib
Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev muzey-lektoriyasında Mülki Müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşkilatçılığı ilə "Respublikada bakterioloji vəziyyət və infeksiyalar" adlı tədbir keçirilib. ADU-nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Mülki Müdafiə kafedrasının müdiri Sevda Zamanova, kafedranın bir sıra müəllimləri və tələbələr iştirak ediblər. Eyni zamanda, tədbirdə qonaq qismində Respublika Taun Mərkəzinin direktoru Maqsud Qasımov, Taun əleyhinə laboratoriya müdiri Aydın Talıbzadə, Epidemiologiya şöbəsinin müdiri Rita İsmayılova iştirak ediblər.
Professor Maqsud Qasımov tədbir iştirakçılarına bakterioloji və hava vasitəsilə keçə bilən müxtəlif infeksion xəstəliklərdən söhbət açaraq, taun kimi təhlükəli xəstəlik haqqında ətraflı məlumat verib. Tibb elmləri namizədi Aydın Talıbzadə slayd nümayiş etdirərək respublikamızda fəaliyyət göstərən müxtəlif xəstəliklərin qaynar ocaqları və taun əleyhinə şöbələr, profilaktik tədbirlər barədə geniş mühazirə edib. Öz növbəsində tibb elmləri namizədi Rita İsmayılova heyvan, bakteriya və virus mənşəli infeksion xəstəliklərdən danışaraq 2005-ci ildə Salyan və Tərtər rayonlarında baş qaldıran quş qripi xəstəliyinin törətdiyi fəsadlar barəsində ətraflı söhbət açıb. O, gigiyenik qaydalara riayət etməklə adıçəkilən xəstəliklərə yoluxma riskini azaltmağın mümkün olduğunu da iştirakçıların diqqətinə çatdırıb.
Tədbir qarşılıqlı sual-cavab şəraitində sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB