TQDK-dan mütəxəssislərə yeni təklif

TQDK-dan mütəxəssislərə yeni təklif
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrinin müzakirəsi üçün keçirilən seminarlar haqqında mütəxəssislərin rəyini öyrənir. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. O bildirib ki, seminarda müzakirə olunan məsələlər və irəli sürülən təkliflər haqqında mütəxəssislər öz fikirlərini [email protected] elektron ünvanına göndərə bilərlər.

"Magistratura səviyyəsinə qəbulun nəticələrinə dair seminarlar oktyabrın 20, 21, 22-i və noyabrın 1, 2, 3, 4 və 5-i tarixlərində keçirilib. Seminarların nəticəsində irəli sürülən təkliflərin və professor-müəllim heyətinin doldurduğu sorğu anketlərinin nəticələrinin araşdırılması, magistratura səviyyəsinə qəbul olunmaq istəyən bakalavrların ixtisaslaşma seçiminə qoyulan bəzi məhdudiyyətlərin götürülməsi ilə əlaqədar məsələlərin və digər təkliflərin müzakirə edilməsi və müvafiq qərarların işlənib hazırlanması məqsədilə işçi qrupların yaradılması qərara alınıb. Hər bir seminar haqqında ətraflı məlumatı TQDK-nın rəsmi internet saytında (www.tqdk.gov.az) əldə etmək mümkündür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə