Qəbul imtahanlarında biologiya fənnindən istifadə olunacaq test tapşırıqları bölmələr üzrə yenidən paylanılacaq
Tələbə Qəbulu üzrə Dövlət Komisisyası (TQDK) biologiya fənni üzrə elmi-metodiki seminar keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, seminarda 2010-cu ildə ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında biologiya fənnindən istifadə olunmuş test tapşırıqlarının bölmələr üzrə çətinlik dərəcəsi və qabiliyyət göstəriciləri əsasında texniki tapşırıqları müzakirə olunub.
Müzakirə zamanı biologiya fənnindən istifadə olunmuş test tapşırıqlarını Azərbaycan bölməsi üzrə abituriyentlərin 33%-i, rus bölməsi üzrə isə 35%-nin düzgün cavablandırması qeyd olunub. 10-cu sinif dərsliklərində edilmiş dəyişikliklər əsasında qəbul imtahanlarında biologiya fənnindən istifadə olunacaq test tapşırıqlarının bölmələr üzrə yenidən paylanılması da müzakirə edilib. Təklif olunub ki, əvvəllər 30-cu bölmədə yerləşən "Yer üzərində həyatın əmələ gəlməsi" mövzusu, dərskliklərə uyğun olaraq 29-cu bölməyə keçirilsin. Bu təklif internet vasitəsilə seminara qoşulmuş regionların müəllim heyəti tərəfindən də müsbət qarşılanıb.
İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan,Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında test tapşırıqları haqqında fikir bildirib və təkliflərini veriblər. Cəlilabad, Ağstafa, Masallı rayon təhsil işçiləri də onlayn sistemində internet vasitəsilə videobağlantıya qoşulublar.
Növbəti seminar iclasında 2011-ci il qəbul imtahanlarında biologiya fənnindən istifadə olunacaq test tapşırıqlarının texniki tapşırığı (çətinlik dərəcəsi və qabiliyyət göstəricisindən asılı olaraq paylanması) və 6-7-ci sinif orta məktəb dərsliklərinin yeni nəşrləri, onların istifadə olunma imkanları müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB