Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ali iqtisad təhsili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, UNEC-in rektoru, professor Ədalət Muradov təhsil sistemində aparılan islahatlar nəticəsində əldə olunan uğurlardan danışıb, konfransın mövzunun aktuallığını qeyd edib. İqtisadi kadrların hazırlanmasında UNEC-in rolunu vurğulayan rektor Ulu Öndərin bu sahədə verdiyi tövsiyələri diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin “İqtisad elminin Azərbaycanın inkişaf strategiyasında rolu”, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyevin “Azərbaycan regionlarının inkişafında yeni mərhələ: nailiyyətlər və perspektivlər”, UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, professor Damət Bağırovun “Heydər Əliyev: Azərbaycan ali iqtisad təhsilinin dünəni, bu günü və sabahı” mövzularında məruzələri dinlənilib.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB