Beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanda olublar

Beynəlxalq konfransın iştirakçıları Fəxri Xiyabanda olublar

Təhsil Nazirliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Azərbaycanşünaslığın aktual problemləri adlı IX beynəlxalq elmi konfransın iştirakçıları Fəxri Xiyabanda olublar. Xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Konfrans iştirakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anıb, məzarı üzərinə tər güllər düzüblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə