TQDK əməkdaşları Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın konfransında iştirak ediblər

TQDK əməkdaşları Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın konfransında iştirak ediblər
Noyabr ayının 3-dən 6-dək Norveçin Oslo şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Assosiasiyanın /Avropa - (AEA/ Association for Educational Assessment / Europe) növbəti konfransı keçirilib. Konfransda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları–Məlumat bazalarının yaradılması sektorunun müdiri İlqar Allahverdiyev və TQDK-nın mətbuat katibi Elnur Nağızadə iştirak ediblər. Bu barədə SİA-ya TQDK-nın mətbuat katibi Elnur Nağızadə özü məlumat verib.

Konfransın mövzusu "Qiymətləndirmə proseslərinin idarə olunması: Siyasət və tədqiqat" olub. Konfransda əksər nümayəndələr Avropada təhsilin qiymətləndirilməsində mövcud olan problemlərin həllinə yönəlmiş, xüsusən qiymətləndirilmənin keyfiyyətinin yüksəldilməsi, keyfiyyətə təsir edən amillər, qiymətləndirilmədə yeni strategiyalar və digər çox mühüm məsələlərə dair məruzələr ediblər.

Konfransda 20 ölkədən 100 yaxın nümayəndə iştirak edib. İştirakçılar müzakirə zamanı müxtəlif ölkələrin təhsildə qiymətləndirmə sahəsində olan nailiyyətləri haqqında həmkarları ilə bölüşərək gələcəkdə əməkdaşlığın daha geniş və çoxsahəli olmasını qərara alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə