Akademik Asəf Hacıyev yaponiyalı və amerikalı alimlərlə birgə tədqiqatlar aparacaq

Akademik Asəf Hacıyev yaponiyalı və amerikalı alimlərlə birgə tədqiqatlar aparacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Çinin Honkonq Şəhər Universitetində ezamiyyətdə olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, alim universitetin elmi seminarında “Mürəkkəb stoxastik texniki sistemlərdə idarəetmə və optimallaşdırma məsələləri və onların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib, bu sahədə aldığı son elmi nəticələr, onların tətbiqi haqqında məlumat verib.

Akademik A.Hacıyev, həmçinin burada ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Nozer Sinqpurval və Yaponiyanın Hiroşima Universitetinin professoru Masaki Kijima ilə ehtimal nəzəriyyəsinin aktual problemlərini müzakirə edib. Alimlər birgə elmi araşdırmalar aparmaq barədə razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə