Azərbaycan Tələbələr Birliyi ilə Doğu Akdeniz (Şərqi Aralıq) Universiteti arasında əməkdaşlıq memarandumu imzalanıb

Azərbaycan Tələbələr Birliyi ilə Doğu Akdeniz (Şərqi Aralıq) Universiteti arasında əməkdaşlıq memarandumu imzalanıb
Azərbaycan Tələbələr Birliyi (ATB) tələbələrin xaricdə təhsil imkanlarının artırılması istiqamətində Doğu Akdeniz (Şərqi Aralıq) Universiteti (DAU) ilə əməkdaşlıq memarandumu imzalayıb. ATB-dən SİA-ya verilən xəbərə görə, memarandum özündə bilik ilə DAU arasında 5 il çərçivəsində əməkdaşlıq perspektivlərini nəzərdə tutur.
Memarandumun müddəlarında universitetin Azərbaycan tələbələri arasında təbliği, müxtəlif kampaniyaların aparılması, həmçinin, ATB üzvlərinin çox böyük güzəştlərlə universitetdə təhsil almasına şərait yaradılması nəzərdə tutulur. Güzəştlər barədə Azərbaycan Tələbələr Birliyinə müraciət etmiş şəxslər məlumat ala bilərlər.

Yuxarıda qeyd edilənlərdən əlavə olaraq onu qeyd etmək olar ki, yüzlərlə azərbaycanlı tələbənin hazırda təhsil aldığı Doğu Akdeniz Universiteti tələbələrə Avropa standartlarına uyğun olaraq təhsil imkanları yaradır. Universitetdə dünyanın Amerika, Kanada, Almaniya, Polşa, Çin, Fransa və s. kimi ölkələrindən dəvət edilən professor-müəllim heyəti çalışır. Universitet bir çox beynəlxalq şəbəkələrin üzvüdür. Həmçinin, dünyanın öndə gələn ali təhsil müəssisələri ilə əməkdaşlıqları mövcuddur.
Azərbaycan Tələbələr Birliyi bu kimi əməkdaşlıqların tələbələrimizə çox böyük imkanlar verəcəyinə və tələbələrin inkişafına çox böyük rol oynacağına inanır.

Bütün xəbərlər Facebook səhifəmizdə