29 aprel 2018-ci il tarixində keçirilən imtahanda iştirak edənlər, həmçinin digər abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər həmin sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları ilə tanış ola bilərlər. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumata görə, sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid:http://eservices.dim.gov.az/ejurnal/)
Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
1 və 15 aprel 2018-ci ildə keçirilən sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahının elektron versiyasını da (pdf formatında) elektron xidmətlər bölməsindən əldə edə bilərsiniz.
Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB